“İstənilən halda, məğlubiyyət qələbəyə doğru addımdır”.

Futbolinfo.az xəbər verir ki, bunu “Sumqayıt” basketbol komandasının baş məşqçisi Aleksandr Mixaylov “Naxçıvan” uduzduqları (74:90) hazırlıq oyunundan sonra klubun mətbuat xidmətinə açıqlamasında deyib.

Mütəxəssis oyunçularında bir az həyəcanın olduğunu bildirib: “Bu, bizim yeni komanda kimi ilk matçımız idi. İlk periodda çox yaxşı oynadıq. Saadettin Donatın meydandan kənarlaşdırılması planlarımızı pozdu. Rəqibə xeyli “3-lük” atmaq imkanı yaratdıq. Bütün bunlar matçın nəticəsinə təsir göstərdi. Halbuki, qarşılaşmanın gedişində 10 xal fərqilə öndə idik. Amma biz hələ yolun başlanğıcındayıq. Bugünkü görüşdən nəticə çıxarmaq lazımdır. Əsas odur ki, fərdi oyuna meyillənməyək. Konsentrasiyamızı qorumalı, başımızla oynamalıyıq”.

Qeyd edək ki, Azərbaycan Basketbol Liqasında 2024/2025 mövsümünə oktyabrın 18-də start veriləcək.

Shares: