UEFA Millətlər Liqasında qrup mərhələsinin 3-cü turuna yekun vurulub.
Futbolinfo.az xəbər verir ki, bu gün 8 oyun baş tutub.
Portuqaliya yığması səfərdə Polşa millisi üzərində qələbəyə sevinibsə, Xorvatiya Şotlandiyanı xalsız yola salıb. Avropa çempionu İspaniya da doğma meydanda Danimarkadan güclü olub.
UEFA Millətlər Liqası
12 oktyabr
A Liqası, 1-ci qrup
Xorvatiya – Şotlandiya 2:1
Qollar: Matanoviç, 36. Kramariç, 70 – Kristie, 33.
Polşa – Portuqaliya 1:3
Qollar: Zelinski, 78 – B.Silva, 26. Ronaldo, 37. Bednarek, 88-öz qapısına.
Xallar: Portuqaliya – 9. Xorvatiya – 6. Polşa – 3. Şotlandiya – 0.
A Liqası, 4-cü qrup
Serbiya – İsveçrə 2:0
Qollar: Elvedi, 45+1-öz qapısına. Mitroviç, 61.
İspaniya – Danimarka 1:0
Qol: Subimendi, 79.
Xallar: İspaniya – 7. Danimarka – 6. Serbiya – 4. İsveçrə – 0.
C Liqası, 2-ci qrup
Litva – Kosovo 1:2
Qollar: Qolubiçkas, 84 – Jeqrova, 20. Krasniqi, 65.
Kipr – Rumıniya 0:3
Qollar: Man, 16. Marin, 25-pen. Draquşin, 36.
Xallar: Rumıniya – 9. Kosovo – 6. Kipr – 3. Litva – 0.
C Liqası, 3-cü qrup
Bolqarıstan – Lüksemburq 0:0
Belarus – Şimali İrlandiya 0:0
Xallar: Belarus – 5. Bolqarıstan – 5. Şimali İrlandiya – 1. Lüksemburq – 1.