Portuqaliya millisinin futbolçusu Kristiano Ronaldo yeni rekorda imza atıb.

Futbolinfo.az xəbər verir ki, hücumçu yığmada keçirdiyi rəsmi oyunlarda 100 qələbə qazanan ilk futbolçu olub.

39 yaşlı futbolçu bunu ötən gün Millətlər Liqasında baş tutan Polşa ilə görüşdə reallaşdırıb. Bundan əlvə o, yoldaşlıq oyunları da daxil olmaqla qələbələrin sayına görə İspaniya millisinin sabiq müdafiəçisi Serxio Ramosun rekordunu (131) təkrarlayıb.

Polşa – Poruqaliya matçı qonaqların 3:1 hesablı qələbəsi ilə yekunlaşıb. Ronaldo bu oyunun 37-ci dəqiqəsində qol vurmaqla diqqət mərkəzinə düşüb.

Shares: