“Neftçi”nin futbolçusu Kilan Lebonun çıxış etdiyi Sent Martin millisi KONKAKAF Millətlər Liqasında 3-cü turun oyununa çıxıb.
Futbolinfo.az xəbər verir ki, Sent-Lüsiya ilə qarşılaşan komanda 1:2 hesabı ilə uduzub.
Start heyətində meydana çıxan Lebon 90-cı dəqiqədə əvəzlənib.
Oktyabrın 15-də komandalar yenidən üz-üzə gələcək.
Hazırda xalsız olan Sent-Martin qrupda sonuncu pillədədir