Azərbaycan kubokunda 1-ci təsnifat mərhələsi davam edir.

Futbolinfo.az xəbər verir ki, ikinci oyun günündə 4 qarşılaşma keçiriləcək.

Artıq bu oyunlardan üçü başa çatıb. “Şimal” “Qusar”, “Ağdaş” “Lerik”i darmadağınla keçib. “Şəmkir” isə “Sheki City” ilə oyunda tək qolla qalib gəlib.

Azərbaycan kuboku
1-ci təsnifat mərhələsi
13 oktyabr

“Şimal” – “Qusar” 4:1
Qollar: Pərviz Azadov, 6; 45+1. Emin Əskərov, 83. Tofiq Nəsibov, 89 – Faik Ağakərimov, 70-pen.
Baş hakim: Səbuhi Bayramov
Siyəzən şəhər stadionu.

“Lerik” – “Ağdaş” 0:4
Qollar: Elçin Süleymanov, 55. Elvin İsmayılov, 59; 67. Ülvi Sarıyev, 88
Baş hakim: Murad Səlimov
Lənkəran OİK stadionu

“Sheki City” – “Şəmkir” 0:1
Qol: Akif Tağıyev, 35
Baş hakim: Vüqar Həsənli
Şəki şəhər stadionu

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp