“Oyuna çox ciddi hazırlaşmışıq”.

Futbolinfo.az xəbər verir ki, bunu Azərbaycan millisinin futbolçusu Elvin Cəfərquliyev Millətlər Liqasında baş tutacaq Slovakiya ilə matçdan öncə keçirilən mətbuat konfransında bildirib.

O, meydana qələbə üçün çıxacaqlarını bildirib:

“Əlimizdən gələni edirik ki qələbə qazanaq. Ümid edirəm ki, sabah azarkeşləri sevindirəcəyik”.

Oktyabrın 14-də Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq Azərbaycan – Slovakiya görüşü saat 20:00-da start götürəcək.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp