Səudiyyə Ərəbistanının Baş Əyləncə İdarəsinin sədri Turki Əl-Şeyxi, 2025-ci il fevralın 22-də məşhur britaniyalı boksçular Entoni Coşua və Daniel Dyubua arasında revanş görüşünün planlaşdırıldığını bildirib.

Bu barədə tanınmış insayder və jurnalist Maykl Benson sosial şəbəkələrdəki səhifəsində məlumat verib.

Xatırladaq ki, sentyabrın 22-də Londondakı “Uembli” stadionunda Daniel Dyubua ilə Entoni Coşua arasında döyüş olmuşdu. Beşinci raundun əvvəlində Entoni güclü zərbə ilə Dyubuanın üzərinə hücuma atılmış, bundan sonra nokaut etmək üçün irəli atılmışdı. Entoninin bir neçə zərbəsinə tab gətirə bilən Dyubua əks-hücum edərək həmyerlisinin çənəsinə güclü zərbə endirmişdi. Yerə yıxılan Coşua döyüşü davam etdirə bilməmişdi.

Shares: