Çinin Uxan şəhərində qadınlar arasında mötəbər turnirə yekun vurulub.

Finalda Arina Sobolenko ilə Çen Sinven ilə qarşılaşıb.

İlk seti belaruslu tennisçi qalib tamamlayıb. 6:3. İkinci setdə çinli idmançı pbulikanın da güclü dəstəyi ilə tarazlığı bərpa edə bilib. 7:5. Lakin həlledici setdə Sobolenkonun ustalığı öz sözünü deyib. Arina qalib gələrək titul əldə edib.

“Masters” seriyasında qələbə qazanan Sobolenko reytinq sıralamasında liderlə xal fərqini azaldıb.

Shares: