Azərbaycanın 19 yaşadək futbolçulardan ibarət yığması Belarusda təlim-məşq toplanışı zamanı ikinci yoxlama görüşünü keçirib.

Futbolinfo.az xəbər verir ki, U-19 Minskdə meydan sahiblərinin müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşıb.

Oyun 1:1 hesablı heç-heçə ilə yekunlaşıb. Millimizin heyətində 48-ci dəqiqədə Nihad Orucəli fərqlənib.

Bu komandalar arasında oktyabrın 10-da keçirilən ilk yoxlama oyununda meydan sahibləri 6:1 hesablı qələbə qazanıblar.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp