Azərbaycan cüdoçuları Qazaxıstanın Aktau şəhərində keçirilən Açıq Asiya turnirində 4 medal qazanıb.

Futbolinfo.az Cüdo Federasiyasının mətbuat xidmətinə istinadən xəbər verir ki, komanda turniri 1 qızıl və 3 bürünc medalla başa vurub.

Cüdoçularımız yarışda medal əyarına görə kişilər arasında 3-cü yeri tutub.

Azərbaycan yarışda 5 çəki dərəsində 17 cüdoçu ilə təmsil olunub. Murad Muradlı bütün rəqiblərini məğlub edərək qızıl medala sahib olub. Elcan Şəfiyev (81 kq), Camal Feyziyev və Eldar Əliyev ( hər ikisi +100 kq) isə bürünc medal əldə ediblər.

Shares: