Slovakiya yığmasının kapitanı Milan Şkrinyar UEFA Millətlər Liqasının qrup mərhələsi çərçivəsində Azərbaycan millisinə qarşı keçiriləcək matçı dəyərləndirib.
Futbolinfo.az xəbər verir ki, ulduz futbolçu onları çətin mübarizənin gözlədiyini bildirib.
29 yaşlı mərkəz müdafiəçisi İsveçlə qarşılaşmadan sonra Bakıdakı görüşə köklənməyin onlar üçün çətin olduğunu etiraf edib: “İsveçlə ağır matçdan sonra gücümüzü bərpa etmək vacib idi. Təbii ki, bunun üçün az vaxtımız oldu. Bakıda çətin oyun olacaq. Ancaq inanıram ki, bu işin öhdəsindən gələcəyik və qələbə qazanacağıq”.
Qeyd edək ki, bu gün Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək Azərbaycan – Slovakiya oyunu saat 20:00-da başlayacaq.