“Neftçi” baş məşqçi seçimini etdi. Sergey Yakiroviç və daha bir neçə əcnəbi ilə fəal danışıqlar aparan bakılılar yekunda Samir Abasovun üzərində dayandı.

Futbolinfo.az xəbər verir ki, “Sumqayıt” baş məşqçisinin gedişini, “Neftçi” isə yeni təyinatı bu gün açıqlamalıdır. Abasov artıq “kimyaçılar”la vidalaşıb və bu gün saat 12.00-da məşqçilər korpusu ilə birlikdə “Neftçi”nin bazasında olmalıdır. O, klub rəhbərliyi ilə danışıqlarda razılıq əldə edib.

2,5 illik müqavilə bağlayacaq Abasov 2020-ci ilin noyabrından 2022-ci ilin iyununadək də “Neftçi”nin baş məşqçisi olub. O, uzun fasilədən sonra paytaxt klubunu çempion etmiş, digər mövsümdə gümüş medal qazanmışdı. Amma avrokubokdakı uğursuzluğu Abasova bağışlamamışdılar.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp