Slovakiya yığması UEFA Millətlər Liqasının qrup mərhələsi çərçivəsində Azərbaycanla səfər oyununda qələbəni hədəfləyib.
Futbolinfo.az xəbər verir ki, bunu rəqibin hücumçusu David Strelets deyib.
23 yaşlı forvard hədəflərinin qrupu birinci pillədə başa vurmaq olduğunu söyləyib: “Qrup birinciliyi uğrunda mübarizəni davam etdiririk ki, bu, yaxşıdır. Azərbaycanda matçımız var. Bu, heç də asan olmayacaq. Ancaq yolumuza davam etmək üçün qələbə qazanmalıyıq. İsveçlilərin Estoniya ilə matçı da asan olmayacaq. Onlar da xal itirə bilərlər. Düşünürəm ki, hər şeyə İsveçdəki görüşdə aydınlıq gələcək”.
Qeyd edək ki, bu gün Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək Azərbaycan – Slovakiya oyunu saat 20:00-da başlayacaq.