“Qarabağ”ın UEFA Avropa Liqasının növbəti turundakı rəqibi “Ayaks” qış fasiləsində bir futbolçusu ilə yollarını ayıra bilər.
Futbolinfo.az xarici mətbuata istinadən xəbər verir ki, Niderland klubunun yarımmüdafiəçisi Cordan Hendersonun ölkəsi İngiltərəyə qayıtmaq variantı yaranıb.
34 yaşlı orta sahə oyunçusu yetirməsi olduğu “Sanderlend”in maraq dairəsinə düşüb. Çempionşipdə çıxış edən klub Hendersonun menecerləri ilə danışıqlara başlayıb. Futbolçu özü də ölkəsinə dönməkdə həvəslidir.
Qeyd edək ki, “Ayaks”la “Qarabağ” arasında oyun oktyabrın 24-də Bakıda keçiriləcək.