Şimali İrlandiyanın U-21 yığmasının futbolçusu Justin Devenni Avropa çempionatının seçmə mərhələsində Azərbaycan millisini 5:0 hesabı ilə məğlub etdikləri oyunu dəyərləndirib.

Futbolinfo.az xəbər verir ki, 21 yaşlı yarımmüdafiəçi nəticənin oyuna görə olduğunu düşünür.

İngiltərənin “Kristal Pelas” klubunda çıxış edən Devenni daha çox qol vurmaq şanslarının olduğunu söyləyib: “Hələ matçdan əvvəl qələbə qazanmaq keyfiyyətinə malik olduğumuzu bilirdik. Azərbaycanla görüşdə rəqibin qapısı qarşısında amansız oynadıq. Həftəboyu üstünlük qazanmağın və onlardan yararlanmağın vacibliyindən danışdıq. Rəqib birinci hissəni yaxşı keçirdi. Biz top çevirərək, yüksək tempdə oynadıq. Bunun da nəticəsində ikinci hissədə ardıcıl qollar vurduq. Qapımızın toxunulmazlığını qorumaq da baş məşqçi üçün idealdır. Fikrimcə, daha çox qol vura bilərdik. Qələbələri seriyaya çevirmək baxımından bu, yaxşı startdır”.

Qarşılaşmanın 68-ci dəqiqəsində fərqlənərək, U-21 yığmasında ilk qolunu vuran Devenni bu matçı özü üçün unudulmaz adlandırıb: “U-21-in heyətində ilk qolumu vurmağım mənim üçün xüsusi an oldu. Əlbəttə ki, bununla kifayətlənmək istəmirəm. Qarşıdakı matçda da bunu təkrarlamaq yaxşı olardı. Bu, qürurverici andır”.

Qeyd edək ki, Şimali İrlandiya yığması F qrupunda son oyununu oktyabrın 15-də səfərdə Lüksemburqa qarşı keçirəcək. Həmin gün millimiz İngiltərənin qonağı olacaq.

Shares: