Avropa Liqasının əsas mərhələsinin birinci turunda “Qarabağ”la keçirilən oyunda zədələnən “Tottenhem”in aparıcı futbolçusu Xın Min Son sağalıb.

Futbolinfo.az Britaniya mətbuatına istinadən xəbər verir ki, son 4 matçı buraxan cənubi koreyalı yarımmüdafiəçi tibbi testlədən keçəcək. Bud nahiyəsindəki zədəsini sağaldan 32 yaşlı hücumameyilli oyunçu tezliklə kollektivlə birgə məşqlərə qoşulacaq. Məşqçilər korpusu İngiltərə Premyer Liqasının 8-ci turunda “Vest Hem”lə keçiriləcək ev oyununda onu meydana buraxa bilər.

Qeyd edək ki, “Tottenhem” – “Vest Hem” görüşü oktyabrın 19-da baş tutacaq.

Shares: