Keniyalı Rut Çepngetiç marafonda dünya rekorduna imza atıb. İdmançı məsafəni 2 saat 9 dəqiqə 57 saniyəyə qət edərək Çikaqo marafonunun qalibi olub.

Əvvəlki rekord 2 saat 11 dəqiqə 52 saniyə olmaqla efiopiyalı Tigist Assefaya məxsus idi. O bunu 2023-cü ilin sentyabrında Berlin marafonunda müəyyənləşdirmişdi.

Çepngetiçin 30 yaşı var və 2019-cu ildə marafonda dünya çempionudur.

Shares: