WTA-nın yenilənmiş reytinq cədvəli açıqlanıb. Qadın tennisçilərin reytinqində İlk üçlükdə bir dəyişiklik olub.

Amerikalı Kori Qauff Cessika Pequlanı kənarlaşdıraraq üçüncü pilləyə yüksəlib. Arina Sabalenko isə Uxanda çempion olaraq Şvyontekə yaxınlaşıb. Hazırda onlar arasında cəmi 69 xal fərq var.

WTA reytinqi:

1 (1). İqa Şvyontek (Polşa) – 9785 xal.

2 (2). Arina Sabalenko (Belarus) – 9716.

3 (4). Kori Qauff (ABŞ) – 5973.

4 (3). Cessica Pequla (ABŞ) – 5785.

5 (5). Yelena Rıbakina (Qazaxıstan) – 5373.

6 (6). Jasmin Paolini (İtaliya) – 5223.

7 (7). Jenq Qinqven (Çin) – 4430.

8 (8). Emma Navarro (ABŞ) – 3698.

9 (9). Daniel Kollinz (ABŞ) – 3178.

10 (10). Beatriz Haddad-Maya (Braziliya) – 3146.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp