“Böyük Dəbilqə” yarışlarının 20 qat qalibi olan isveçrəli Rocer Federer ispan tennisçi Karlos Alkarasla birgə məşq keçirib. Məşq prosesində dünyanın ikinci raketkasının məşqçisi Xuan Karlos Ferrero da iştirak edib.

Bundan əvvəl Federer, Alkaras və Ferrero Şanxayda keçirilən “Masters” seriyalı turnirin finalını izləyiblər.

Xatırladaq ki, həmin oyunda Novak Cokoviç Yannik Sinnerə 6:7 (4:7), 3:6 hesabı ilə uduzub. 37 yaşlı serbiyalı 2024-cü ildə heç bir ATP turnirinin qalibi olmayıb. Yannik Sinner Cokoviçin karyerası ərzində ardıcıl iki rəsmi matçda bir dəfə də olsun breyk edə bilmədiyi ilk tennisçi olub.

Shares: