Cənubi Koreyanın İnçon şəhərinin meri Yoo Conqbok 2026-cı ildən başlayaraq ölkəsində Formula 1 mərhələsinin keçirilməsi ilə bağlı “Liberty Media” ilə danışıqlar aparmaq niyyətində olduğunu açıqlayıb. Cənubi Koreya 2010-cu ildən 2013-cü ilə qədər Yonamdakı avtodromda qran-prilər təşkil edib. Amma hazırda yarışın İnçon şəhər dairəsində keçirilməsi planlaşdırılır.

“İnçxon Formula 1 yarışı üçün ən yaxşı yerdir, çünki burada bir çox lüks otellər, hava limanı, liman və digər əsas nəqliyyat qovşaqları yerləşir. Biz yarışın keçirilməsi ilə bağlı geniş miqyaslı danışıqlara başlayacağıq”, – deyə “SoyMotor”a müsahibəsində Yoo Conqbok bildirib.

Shares: