Hündürlüyə tullanma üzrə Azərbaycan çempionu Yusif Abdullayev 4 illik diskvalifikasiya olunub.

Futbolinfo.az xəbər verir ki, buna idmançının antidopinq qaydalarını pozması səbəb olub.

O, nümunə toplanmasından yayınma, imtina və ya nümunəni təqdim etməməyə görə cəzalandırılıb. Atletin cəzası sentyabrın 11-dən qüvvəyə minib və 2028-ci il sentyabrın 10-da bitəcək.

Abdullayev bu ilin mayında hündürlüyə tullanma üzrə Azərbaycan çempionu olub.

Shares: