Millətlər Liqasının qrup mərhələsi çərçivəsində Azərbaycan millisinin qonağı olacaq Slovakiya yığmasının “23-lüy”ü müəyyənləşib.

Futbolinfo.az xəbər verir ki, baş məşqçi Françesko Kaltsona 4 futbolçunu kənarda saxlayıb. Bunlar müdafiəçilər Denis Vavro, Adam Obert, Timoti Qranika və yarımmüdafiəçi Matuş Berodur. Onlardan yalnız Vavro cəza ucbatından matçı buraxmaq məcburiyyətindədir.

Slovakiya yığmasının millimizlə oyun üçün “23-lüy”ü:

Qapıçılar: 1. Marek Rodak, 12. Dominik Takaç, 23. Henrix Ravas
Müdafiəçilər: 2. Peter Pekarik, 3. Samuel Kozlovski, 4. Mixal Tomiç, 5. Lyubomir Şatka, 6. Norbert Qyömber, 14. Milan Şkriniar, 16. David Hançko
Yarımmüdafiəçilər: 8. Ondrey Duda, 10. Laszlo Benes, 13. Patrik Qroşovski, 19. Tomaş Riqo, 21. Kristian Herts, 22. Stanislav Lobotka
Hücumçular: 7. Tomaş Suslov, 9. Robert Bojenik, 11. Lyubomir Tupta, 15. David Strelets, 17. Lukaş Haraslin, 18. Leo Sauer, 20. David Dyuriş.

Qeyd edək ki, Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək Azərbaycan – Slovakiya oyunu saat 20:00-da başlayacaq.

Shares: