Futbol üzrə Ermənistan millisi baş məşqçisi Aleksandr Petrakov ilə yollarını ayırıb.

Futbolinfo.az xəbər verir ki, bu barədə Ermənistan Futbol Federasiyasının mətbuat xidməti məlumat yayıb.

“Aleksandr Petrakov artıq yığmanın baş məşqçisi deyil. Mütəxəssis işdən çıxarılıb”, – deyə paylaşımda bildirilib.

Komanda ötən gün evdə UEFA Millətlər Liqası matçında Şimali Makedoniyaya uduzub – 0:2. Petrakov 2023-cü ilin yanvarından millidə işləyir. Ermənistan yığması C Liqasının 4-cü qrupunda 4 xalla ikinci pillədə qərarlaşıb.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp