“Çox mübarizəli oyun oldu. İki komanda da çempionata hazır görünürdü. Bu matçlar komandalara müsbət təsir edir”.
Futbolinfo.az xəbər verir ki, bu sözləri “Sərhədçi” komandasının baş məşqçisi Evren Alkaya deyib.
O, “Abşeron”la keçirilən yoldaşlıq görüşündən danışıb:
“Biz hesabda geri düşdük. Matçın əvvəlində hücumlarımız yaxşı olmadı. İlk yarının sonuna qədər istədiyimiz kimi oynayıb bərabərliyi təmin etdik. Birinci hissədən sonra da düşündüyümüz hücumları edib qalib gəldik. “Abşeron” komandasını çox yaxşı gördüm. Erhan Koç komandanı yaxşı hazırlaşdırıb. Komandasının çempionata rəng qatacağını düşünürəm. Onlara uğurlar arzulayıram. Biz də çempionatda yaxşı mübarizə aparmaq üçün əlimizdən gələni edəcəyik. Oyunçularım yaxşı mübarizə apardılar. Bu gün meydanda “döyüşən” komanda var idi. Qazandıq və buna sevinirəm”.