“Sumqayıt” komandasının yeni baş məşqçisnin adına aydınlıq gəlib.

Futbolinfo.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, baş məşqçi vəzifəsinin icrası müvəqqəti olaraq Vaqif Cavadova həvalə edilib.

Bu postda Samir Abasovu əvəzləyən 35 yaşlı mütəxəssis “Sumqayıt”ın əvəzedicilərini çalışdırır.

Qeyd edək ki, Cavadovun müvəqqəti təyinatı əbəs deyil. Klub rəhbərliyi Yuri Maksimovun təyinatına hazırlaşır. Onun təyinatı rəsmiləşənə kimi isə komandaya məhz kluba yaxın olan bir mütəxəssisin rəhbərlik etməsi qərara alınıb.

Shares: