“Müdafiədə etibarlı oynasaq və hücumda yaradılan fürsətkərdən istifadə etsək, bu oyunda qələbə də qazana bilərik”.
Bu sözləri futbolinfo.az saytına açıqlamasında Əfqan Talıbov deyib.
Təcrübəli məşqçi UEFA Millətlər Liqasının qrup mərhələsi çərçivəsində bu gün evdə keçiriləcək Slovakiya ilə oyunda millimizdən qələbə gözlədiyini vurğulayıb:
“Düşünürəm ki, bu gün millimiz məğlub olmayacaq. Slovakiya ilə oyunu yığmamız yaxşı əhval-ruhiyyədə keçirəcək. Müdafiədə etibarlı oynasaq və hücumda yaradılan fürsətlərdən istifadə etsək, bu oyunda qələbə də qazana bilərik. Ona görə də bu gün millimizdən qələbə gözləyirik. Axşamkı oyunda komandamıza uğurlar arzulayıram”.
GÜNAY SÜLEYMANOVA