Azərbaycan yığmasının sabiq yarımmüdafiəçisi Aleksandr Çertoqanovun futbolinfo.az saytına müsahibəsi

  • Yığmamızın Millətlər Liqasında səfərdə Estoniyaya uduzduğu (1:3) matçı izlədiniz? Nəticənin belə olacağını gözləyirdiniz?
  • Açığı, oyuna baxmaq imkanım olmadı. Amma matçdan dərhal sonra nəticədən xəbər tutdum. Hesab məni məyus etdi. Azərbaycan yığması bu görüşdən yaxşı nəticə ilə ayrılmalı idi.
  • Millimizin estonlara məğlubiyyətinin səbəbini nədə görürsünüz?
  • Konkret səbəb göstərmək çətindir. Bir onu bilirəm ki, futbolda qələbə qazanmaq üçün 2 önəmli faktor var. Birincisi, futbolçuların ustalıq səviyyəsidir. İkinci önəmli məqam isə istək məsələsidir. Qalib gəlmək istəyirsənsə, ya oyunçuların keyfiyyətli olmalıdır, ya da meydana çox istəkli, motivasiyalı çıxmalısan. Azərbaycan yığmasının İsveçlə görüşünə baxmışdım. Açığı, həmin oyunda Azərbaycan millisinin çıxışını bəyənmişdim.
  • Millimiz Millətlər Liqasındakı növbəti oyununu bu gün Bakıda Slovakiyaya qarşı keçirəcək. Komandamızdan hansı nəticəni gözləyirsiniz?
  • Yaxşı nəticə gözləyirəm. Azərbaycan millisi həmişə öz azarkeşləri önündə daha yaxşı oynayıb. Bizim vaxtımızda da belə olub, indi də belədir. Düşünürəm ki, Azərbaycan yığması slovaklarla matçda minimum heç-heçə etməlidir. Qalib gələ bilsələr, lap əla olar.
  • Yığmamızın hazırkı heyətində kim və ya kimlərin oyununu bəyənirsiniz?
  • Azərbaycan millisində yaxşı futbolçuların sayı çoxdur. Amma görünən odur ki, nədənsə hələ alınmır. Futbolçular meydanda bir-birlərini gözüyumulu başa düşməlidirlər. Bundan sonra nəticələr də yaxşılaşacaq.
  • Millətlər Liqasındakı şansımızı yenə boşa verdik. Bu fürsəti əldən buraxan millimiz seçmə mərhələdə nəsə edə biləcək?
  • Dünya və Avropa çempionatlarının seçmə mərhələləri daha gərgin keçir, güclü rəqabət olur. Bu mənada, Azərbaycan yığmasının seçmə mərhələlərdə işinin daha çətin olacağını düşünürəm.

    CAVAD
Shares: