Almaniya Futbol İttifaqı milli komandanın baş məşqçisi Yulian Nagelsmanla müqavilənin müddətini uzatmaq istəyir.

Futbolinfo.az xəbər verir ki, bu barədə idman direktoru Rudi Föller açıqlama verib.

“Biz Nagelsmanı inandırmağa çalışacağıq ki, o, daha bir neçə il komandada qalmalıdır”, – deyə funksioner bildirib.

Nagelsmann 2023-cü ilin sentyabrından Almaniya millisində işləyir. Onun hazırkı sözləşməsinin müddəti 2026-cı ilin yayında başa çatacaq.

Shares: