“Hər şey qaydasındadır və bu təyinata görə rəhbərliyə təşəkkür edirəm. İnanıram ki, bu çətin məqamda komandanı irəli apara biləcəm”.
Bu sözləri futbolinfo.az-a açıqlamasında “Sumqayıt”ın baş məşqçisi vəzifəsini müvəqqəti icra edəcək Azərbaycan yığmasının sabiq futbolçusu Vaqif Cavadov deyib.
O, təyinatından danışıb və daimi bu postda qalmaq üçün əlindən gələni edəcəyini bildirib: “Bizim söhbətimiz də bu yöndə olub. Mən də təklifimi bildirmişəm. Ona razılıq verdim ki, davamlı ola bilər. Mənim üçün vaxt baxımından yaxşıdır. Ümid edirəm ki, hər şey yaxşı olacaq”.
Cavadov “heyətlə bağlı hansısa yeniliklər olacaq” sualına belə cavab verib: “Gəlmişəm ki, komandanı çətin vəziyyətdən çıxardaq. Samir Abasovun da burda böyük əməyi var. Onun gördüyü işlərin öz bəhrəsini verəcəyini düşünürəm. Əlimdən gələni edəcəm ki, komandanı bu durumdan çıxarım”.