“Baxmayaraq ki, Estoniyaya 1:3 uduzduq, amma bu gün daha yaxşı nəticə gözləyirəm”.
Bunu futbolinfo.az-a açıqlamasında Azərbaycan yığmasının sabiq futbolçusu Vaqif Cavadov deyib.
O, millimizin Millətlər Liqasının 3-cü turu çərçivəsində bu gün Slovakiyaya qarşı keçirəcəyi oyundan danışıb: “Düzdür, bundan öncəki oyunda uduzduq, amma ilk hissəni yaxşı oynamışdıq. Öz səhvlərimizdən qollar buraxmışdıq. Estoniya ilə matçda 2-ci buraxdığımız qol komandanı ruhdan saldı. Mən bu cür düşünürəm. Bu cür şeylər olmalı deyil, futbolçular vəziyyəti anlamalıdır. Ümid edirəm ki, millimiz bu gün Bakıda ilk xallarını qazanacaq”.