UEFA Millətlər Liqasının qrup mərhələsində 4-cü turun növbəti oyunları keçirilib.

Futbolinfo.az xəbər verir ki, turun ikinci oyun günündə Azərbaycanla yanaşı, Türkiyə yığması da meydana çıxıb.

B Liqasının 4-cü qrupunda yer alan qardaş ölkə təmsilçisi səfərdə İslandiyanın qonağı olub və qələbə qazanıb.

Maraqlı oyunlardan biri də Almaniyada keçirilib. A Liqasının 3-cü qrupunda yer alan Almaniya millisi doğma azarkeşlər önündə Niderlanda qalib gəlib.

Millimizin digər rəqiblərindən İsveç səfərdə Estoniya yığması ilə üz-üzə gəlib və darmadağına sevinib.

UEFA Millətlər Liqası
14 oktyabr

A Liqası, 2-ci qrup

İtaliya – İsrail 4:1
Qollar: Reteqi, 41-pen. Di Lorentso, 54; 79. Frattezi, 72 – Abu Fani, 66.

Belçika – Fransa 1:2
Qollar: Openda, 45+3 – Kolo Muani, 35; 62. 

Xallar: İtaliya – 10. Fransa – 9. Belçika – 4. İsrail – 0.

A Liqası, 3-cü qrup

Almaniya – Niderland 1:0
Qollar: Levelinq, 63.

Bosniya və Herseqovina – Macarıstan 0:2
Qollar: Soboslai, 38; 50-pen.

Xallar: Almaniya – 10. Niderland – 5. Macarıstan – 5. Bosniya Herseqovina – 1.

B Liqası, 1-ci qrup

Gürcüstan – Albaniya 0:1
Qollar: Asllani, 48.

Ukrayna – Çexiya 1:1
Qollar: Dovbik, 53-pen – Çerv, 18.

Xallar: Çexiya – 7. Gürcüstan – 6. Albaniya – 6. Ukrayna – 4.

B Liqası, 4-cü qrup

Uels – Monteneqro 1:0
Qol: H.Uilson, 36-pen.

İslandiya – Türkiyə 2:4
Qollar: Oskarsson, 3. Qudyonsen, 83 – İ.C.Kahveci, 62. H.Çalhanoğlu, 67. A.Gülər, 88. K.Aktürkoğlu, 90+5.

Xallar: Türkiyə – 10. Uels – 8. İslandiya – 4. Monteneqro – 0.

C Liqası, 1-ci qrup

Azərbaycan – Slovakiya
Qollar: Toral Bayramov, 38 – Rahil Məmmədov, 15-öz qapısına. Haraslin, 75. Duriş, 86.

Estoniya – İsveç 0:3
Qollar: Nanasi, 29; 37. Qyokereş, 66.

Xallar: İsveç – 10. Slovakiya – 10. Estoniya – 3. Azərbaycan – 0.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp