Azərbaycan yığmasının UEFA Millətlər Liqasının qrup mərhələsi çərçivəsində Estoniya və Slovakiyaya qarşı növbəti 2 oyunu Mahir Emreli üçün əlamətdar oldu. “Nürnberq”in hücumçusu millinin heyətində oyun sayını 50-yə çatdırdı.
Futbolinfo.az xəbər verir ki, zədəsini sağaltdıqdan sonra yenidən heyətə dəvət alan Mahir yubileyini korladı. O, dünən 50-ci oyununda meydandan qovuldu.
Millinin düşərgəsinə çağırılan Aydın Bayramov və Zamiq Əliyev debüt edə bilmədisə, Ozan Can Kökçü 20-ci qarşılaşmaya çıxmaq şansını qaçırdı. Şans qazanmayan bu futbolçular növbəti matçları gözləməlidir. Əvəzndə Bədavi Hüseynov 75-ci dəfə milli forma geydi.