Vadim Abdullayev karyerasında ilk dəfə Azərbaycan millisinin formasını geyinib.

Futbolinfo.az xəbər verir ki, bu, UEFA Millətlər Liqasının qrup mərhələsində Slovakiya ilə ev oyununa təsadüf edib.

Yığmamızın 1:3 hesabı ilə məğlub olduğu qarşılaşmanın 88-ci dəqiqəsində meydana daxil olan yarımmüdafiəçi 22 illik müstəqillik tariximizdə yığmamızın formasını geyinən 269-cu futbolçu olub.

Ümid edək ki, Vadim Abdullayevin milli karyerası 1 oyunla yekunlaşmaz. Çünki buna qədər bir çox halda yığmada debüt edən futbolçu elə bir matçda da qalıb. Abdullayevdən əvvəl 45 nəfər karyerası ərzində cəmi 1 dəfə millidə çıxış edib. Onlardan çox azı hazırda karyerasını davam etdirir.

Millimizdə 1 oyun keçirənlər bunlardır: Rza Cəfərov, Abdulla Abatsiyev, Adil Şükürov, Aqil Məmmədov, Asif Məmmədov, Aydın Ələkbərov, Azər Əliyev, Budaq Nəsirov, Camal Məmmədov, Camaləddin Əliyev, Dmitri Spirin, Elhad Nəziri, Əli Abışov, Əli Babayev, Elnur Cəfərov, Elşən Rzazadə, Emin Cəfərquliyev, Emin Nuri, Ərani Beydiyev, Eşqin Quliyev, Gennadi Drozdov, İlqar Məmmədov, İltər Taşkın, Kamil Bayramov, Lev Mayorov, Mahir Əliyev, Mikayıl Yusifov, Murad Ağayev, Murad Səttarlı, Murad Xaçayev, Müşfiq Qəmbərov, Ömər Buludov, Rəşad Kərimov, Ruslan Məcidov, Ruslan Poladov, Sakit Alıyev, Sənan Qurbanov, Təbriz Həsənov, Uğur Pamuk, Vasif Haqverdiyev, Vitali Alxazov, Vladislav Lemiş, Vüqar İsmayılov, Yusif İmanov, Yusif Nəbiyev, Vadim Abdullayev.

Shares: