Ümumdünya Atletika Federasiyası texniki yarışlarda (tullanma, atma və çoxnövçülük) ilin ən yaxşı idmançısı adına namizədlərin siyahısını dərc edib.

2024-cü ilin ən yaxşı qadın idmançısı adına namizədlər:

Valari Allman (ABŞ, Olimpiya çempionu, diskatma);

Tara Devis (ABŞ, Olimpiya çempionu, uzunluğa tullanma);

Nina Kennedi (Avstraliya, Olimpiya çempionu, şüvüllə tullanma);

Yaroslava Maquçix (Ukrayna, Olimpiya çempionu, hündürlüyə tullanma);

Nafissatu Tiam (Belçika, Olimpiya çempionu, heptatlon).

2024-cü ilin ən yaxşı kişi idmançısı adına namizədlər:

Rayan Krauzer (ABŞ, Olimpiya çempionu, kürəatma);

Hordan Alexandro Diaz Fortun (İspaniya, Olimpiya çempionu, üç təkanla tullanma);

Armand Duplantis (İsveç, Olimpiya çempionu və rekordçusu, şüvüllə tullanma);

Etan Ketsberq (Kanada, Olimpiya çempionu, çəkicatma);

Mitiadis Tentoqlu (Yunanıstan, Olimpiya çempionu, uzunluğa tullanma).

Səsvermə oktyabrın 20-dək federasiyanın bütün sosial şəbəkə hesablarında davam edəcək.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp