Avroliqanın müntəzəm mövsümü çərçivəsində oktyabrın 10-da İstanbul derbisi baş tutmuşdu. “Anadolu Efes”lə “Fənərbağça” arasında keçirilən görüşdə Elaycu Brayantla Tarik Biberoviç əlbəyaxa olmuşdular.
Liqa rəhbərliyi insidenti araşdıraraq basketbolçuları 1 oyunluq cəzalandırıb. Bundan əlavə, Brayant 10 min avro cərimə ödəməli olacaq, Biberoviçin cəriməsi isə 5 min avrodur.
Xatırladaq ki, oyunçuları ayırmaq üçün vəziyyətə digər basketbolçular və hakimlər müdaxilə ediblər. Davaya görə hər iki basketbolçu oyundan qovulmuşdu. Qarşılaşmanın özü 83:78 hesabı ilə “Fənərbağça”nın xeyrinə başa çatmışdı.