Ötən həftəsonu Londonda böyük incəsənət sərgisi keçirilib. Formula 1 üzrə yeddiqat dünya çempionu Lyuis Həmilton “Dior” moda evi ilə birlikdə özünün ilk geyim kolleksiyasını təqdim edib.
Tədbir fransız brendinin “New Bond” küçəsindəki mərkəzi mağazasında baş tutub. Hadisə şahidlərinin sözlərinə görə, mərasimə ictimai maraq həddindən artıq yüksək olub. İnsanlar küçədə içəri girmək üçün uzun müddət gözləməli olublar.
Lyuis yeni kolleksiyada təqdim olunan dizaynlarda Afrika motivlərindən istifadə edib: “Nigeriya bölgəsində yaşayan qəbilələrin sənətini xatırladan naxışlı mavi kapüşon ən çox sevdiklərimdəndir. Biz həmçinin balıqqulağı şəklində gözəl zinət əşyaları yaratmışıq. Bu da Afrika mədəniyyəti üçün çox mühüm simvoldur…
Ümid edirəm ki, bu əşyaları taxan insanlar da mənim kimi eyni hissləri keçirəcəklər”.