“Real”ın keçmiş yarımmüdafiəçisi Fernando Qaqo Argentina klubu “Boka Xuniors”un baş məşqçisi olub.
Futbolinfo.az xəbər verir ki, bu barədə Cənubi Amerika ölkəsi təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
38 yaşlı məşqçi 2020-ci ildə futbolçu karyerasını başa vurub. Onun son iş yeri Meksikanın “Qvadalaxara” klubu olub.
Qaqo “Real”ın heyətində iki dəfə İspaniya çempionu (2006/2007 və 2008/2009 mövsümləri) adını, həmçinin 2008-ci ildə İspaniya Kubokunu və Superkubokunu qazanıb. Keçmiş yarımmüdafiəçi peşəkar futbolçu karyerasına məhz “Boka Xuniors” klubunda başlayıb.