“Real”ın hücumçusu Kilian Mbappenin başı dərddədir. Zədə üzündən Fransa yığmasının düşərgəsinə yollanmayan futbolçu istirahət üçün getdiyi İsveçdə problemlə üzləşib.
Futbolinfo.az xəbər verir ki, Stokholmda o, təcavüz şübhəsinə tuş gəlib. Polis Kilianın qaldığı oteldə zorakılıq və təcavüz haqqında xəbər alıb.
“Expressen” Mbappenn şübhəlilərdən biri olduğunu yazır. Polis araşdırma aparıb, fransalı dindirilənlərdən biri olsa, olaya qarışması ehtimal edilənlərin siyahısında ən son sıralardadır.
Kilian mediada yazılanlara sərt reaksiya verərək hər şeyin yalan olduğunu bildirib. Onun yaxınları isə bu xəbərləri PSJ-nin təşkil etdiyini düşünür. Hücumçunun keçmiş klubu ilə problemi var və məhkəmədə onlara qalib gəlib. Təzminat ödəməli olacaq PSJ-nin bu üsulla əvəz çıxmaq istədiyi iddia edilir.