Azərbaycan millisinin əsas azarkeş qrupu olan “Göyqurdlar” öz sosial şəbəkə hesablarında paylaşım edib.
Paylaşımda Bədavi Hüseynovdan dərhal kapitanlığın alınmasını istəyən fanatlar qarşıdakı matçlarda başqa bir legioneri kapitan kimi görəcəkləri təqdirdə Qurultayı toplayaraq gələcəkdəki fəaliyyətləri barədə qərar verəcəklərini bildiriblər:
“Millinin kapitanına göndərin, oxusun! Milli Komanda Azərbaycan Futbol Federasiyaları Assosiasiyası – AFFA.
Bu torpaqlardan çıxmayan və dilimizi bilməyən birini millinin kapitanı etməkdə məqsədiniz nədir? Nəticə onsuz da yoxdur, nəticə olmayan yerdə belə hərəkətlər edərək yanan alovun üstünə benzin tökməyə qərar verirsinizsə, o yanan alovda siz olacaqsınız. Millinin kapitanlığı Bədavi Hüseynovdan dərhal geri alınsın! Bu, ilk xəbərdarlığımızdır! 16 noyabrdakı matçda Bədavi Hüseynovu və ya başqa bir legioneri kapitan olaraq görəcəyimiz təqdirdə Qurultayı toplayaraq gələcəkdəki fəaliyyətimiz barədə qərar verəcəyik. Milli komanda sahibsiz deyil”.