“Quba” basketbol klubu gürcüstanlı məşqçi ilə anlaşıb.

Futbolinfo.az bölgə təmsilçisinin mətbuat xidmətinə istinadən xəbər verir ki, baş məşqçi Şəhriyar Əsgərova Vasili Çkareuli kömək edəcək.

O, mövsümün sonuna qədər “Quba”da işləyəcək. 1997-ci il təvəllüdlü məşqçi ötən mövsümü Gürcüstanın “Suxumi” klubunda basketbolçu kimi keçirib.

Karyerasını yayda başa vuran Çkareuli buna qədər “Suxumi”nin U-22 komandasının baş məşqçisi və “Zaza Pachulia Basketball Academy”də məşqçi kimi fəaliyyət göstərib.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp