İtaliya yığmasının yarımmüdafiəçisi Daniel Maldininin Millətlər Liqasında İsraillə oyunda debüt etməsindən sonra Maldini ailəsi tarixi ilkə imza atıb.

Futbolinfo.az xəbər verir ki, vaxtilə İtaliya yığmasında çıxış etmiş Paolo Maldininin oğlu və Çezare Maldinin nəvəsi olan Daniel görüşün 73-cü dəqiqəsində şans qazanıb.

23 yaşlı futbolçunun debütündən sonra Maldinilər İtaliya millisində üç nəsil forma geyinən ilk ailə olub.

Paolo Maldini İtaliya millisində 1988-ci ildən 2002-ci ilə qədər oynayıb. Onun atası Çezare Maldini isə yığmada 1960-1963-cü illər aralığında forma geyinib.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp