“Mançester Yunayted”in ortaq sahiblərindən olan Britaniyanın “İneos” şirkəti “qırmızı şeytanlar”ın sabiq baş məşqçisi, hazırda klubun səfiri vəzifəsini tutan Aleks Ferqyusonla müqaviləni ləğv etmək qərarına gəlib. Bu barədə “Athletic” nəşri məlumat yayıb.

Mənbənin məlumatına görə, Ferqyuson klubun qeyri-icraçı direktoru olaraq qalacaq və “Mançester Yunayted”in oyunlarına dəvət almağa davam edəcək.

Xatırladaq ki, Aleks Ferqyuson 26 il “Mançester Yunayted”ə rəhbərlik edib və bu müddət ərzində 13 dəfə Premyer Liqada çempionluğu və 2 Çempionlar Liqası qələbəsi də daxil olmaqla rekord sayda titul qazanıb.

Ferqyusonun rəhbərliyi altında “Mançester Yunayted”in qazandığı titulların sayı bütün 100 illik tarixindən daha çoxdur.

Shares: