“Alpin” komandası XBOX şirkəti ilə birlikdə oktyabrın 18-dən 20-dək Ostində keçiriləcək Formula 1 üzrə ABŞ Qran Prisi üçün xüsusi livreya təqdim edib.

Livreyanın mövzusu “MachineGames” və “Lucasfilm Games” tərəfindən birgə hazırlanmış “Indiana Jones və Great Circle” oyununa həsr olunub.

Avtomobildə, eləcə də pilotların geyimlərində qırmızı marşrut xətləri ilə işarələnmiş qədim xəritənin təsvirləri, həmçinin arxeoloq haqqında məşhur loqo əks olunacaq.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp