Milli Basketbol Assosiasiyasının rəhbərliyi qarşılaşmalar zamanı oyunçu və məşqçilərə mobil telefondan istifadə etmək və sosial şəbəkələrə daxil olmağı qadağan etməyi planlaşdırır. Bu barədə SNY.tv öz mənbələrinə istinadən xəbər verir.
Burada məqsəd basketbolçuların və məşqçilərin diqqətini komanda məsələlərinə yönəltmək istəyidir. Eyni zamanda, bununla onlar həm də idmançıların və komanda nümayəndələrinin qumarda potensial iştirakını aradan qaldırmaq istəyirlər.
Bununla belə, arenada tibbi və ya təhlükəsizliklə bağlı problemlər yaranarsa, oyunçulara və məşqçilərə rabitə üçün mobil telefonlardan və ya digər elektron cihazlardan istifadə etməyə icazə veriləcək.
MBA-nın bu həftə ərzində komandalarla əlaqə saxlaması gözlənilir.