Bu gün “Sumqayıt”ın baş məşqçi vəzifəsini icra edən Vaqif Cavadov klub prezidenti Riad Rəfiyev tərəfindən kollektivə təqdim olunub.

Futbolinfo.az xəbər verir ki, baha sonra 35 yaşlı mütəxəssis komandanı ilk məşqinə çıxarıb.

Məşqi izləyənlər arasında klubun Müşahidə Şurasının sədri, “Azərikimya” İB-nin baş direktoru Elnur Məmmədli də olub. Vaqif Cavadov və futbolçularla məşqdən öncə söhbət edən Elnur Məmmədli onlara güvəndiyini bildirib və komandaya qarşıdakı oyunlarda uğurlar arzulayıb.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp