Akademik avarçəkmə, kayak və kanoe üzrə beynəlxalq “Mingəçevir reqatası-2024” öncəsi iştirakçı komandaların rəhbərləri və hakimlər kollegiyasının iclası keçirilib.

Futbolinfo.az xəbər verir ki, bu barədə Azərbaycan Kanoe və Avarçəkmə Federasiyasının mətbuat xidməti məlumat yayıb.

Tədbirdə yarışın keçirilmə qaydaları komanda təmsilçilərinə ətraflı izah edilib, onları maraqlandıran suallar cavablandırılıb, həmçinin idmançıların çıxış ardıcıllığını müəyyənləşdirən püşkatma mərasimi keçirilib.

Shares: