Azərbaycan millisinin növbəti FİFA reytinqində qərarlaşacağı mövqe müəyyənləşib.
Futbolinfo.az xəbər verir ki, yığmamız yenidən sıralamada geriləyəcək. Buna səbəb UEFA Millətlər Liqasının qrup mərhələsində Estoniya və Slovakiyaya 1:3 hesablı məğlubiyyətlər olub.
Bu nəticələr komandamızın 11,36 xal itirməsinə gətirib çıxarıb. Son reytinqdə 113-cü olan Fernandu Santuşun yetirmələri növbəti FİFA reytinqində 117-ci sırada qərar tutacaq. 4 komanda – Komor adaları, Sudan, Zimbabve və Livan millimizi qabaqlayıb.
Qeyd edək ki, növbəti FİFA reytinqi oktyabrın 24-də açıqlanacaq.