Slovakiya yığmasının müdafiəçisi Lyubomir Şatka UEFA Millətlər Liqasının qrup mərhələsində Azərbaycan millisi ilə keçirdikləri matça toxunub.

Futbolinfo.az xəbər verir ki, 28 yaşlı mərkəz müdafiəçisi oyunu üstün keçirdiklərini bildirib.

Şatka Mahir Emrelinin 70-ci dəqiqədə qırmızı vərəqə almasının da onlara kömək etdiyini gizlətməyib: “Oyundan həzz aldım. Zədədən sonra komandanın yanında olduğuma görə şadam. 3 xal qazandığımız üçün çox xoşbəxtəm. Fiziki cəhətdən çətin idi. Çünki Azərbaycanın cinah müdafiəçiləri tez-tez hücuma çıxırdı. Rəqibə çox təzyiq göstərməli olduq. Nəzarət bizdə idi. Ancaq ardıcıl top itkiləri və bərabərlik qolu azərbaycanlıları ümidləndirdi. İkinci hissənin əvvəlində böyük çətinliklə üzləşsək də, öhdəsindən gəldik. Getdikcə təşəbbüsü ələ keçirdik. Qırmızı vərəqə isə iki qol vurmağımıza kömək etdi. Vurduğumuz ikinci qoldan sonra rəqib məğlubiyyətlə barışdı”.

Qeyd edək ki, noyabrda keçiriləcək son iki tur öncəsi İsveç və Slovakiya hərəyə 10 xalla ilk iki sıranı bölüşdürür. Millimiz isə hələ aktivinə xal yazdırmayıb.

Shares: