“Sumqayıt” bir müddət baş məşqçisiz qalacaq. Klub rəhbərliyi dünən Vaqif Cavadovu komandaya təqdim etsə də, problem həllini tapmayıb.

Futbolinfo.az xəbər verir ki, “kimyaçılar”ın əvəzedici heyətinin baş məşqçisinin Premyer Liqada işləmək üçün tələb olunan PRO kateqoriyası yoxdur. O, komandanı oyunlara hazırlaya bilər, amma adı protokolda qeyd olunmayacaq, mətbuat konfranslarına qatılmayacaq.

Cavadov çıxış yolunu PRO kateqoriyalı bir məşqçini köməkçi kimi götürməkdə görür. Amma kimsə buna razılıq vermir. Yeganə variant Sənan Qurbanov idi, lakin o da təklifdən imtina edib.

Qurbanov vaxtilə “Qəbələ”də eyni statusda çalışmağa razı olub. Daha sonra “Keşlə”nin baş məşqçisi olan Sənan bəy ardınca geri addım atmağa, “Neftçi”dı köməkçi-məşqçi işləməyə razılıq vermişdi. Elə “Sumqayıt”a yollanmağın da əleyhinə deyil. Amma paytaxt klubunda 5 min manat maaş alan çalışdırıcıya “kimyaçılar” köməkçi funksiyasında eyni məbləği ödəməyə razılaşmayıb. Belədə “Neftçi”nin yeni baş məşqçisi Samir Abasovun məşqçilər korpusunda görmə istəmədiyi Qurbanov maaşını itirməmək üçün müqaviləsinin davamını akademiyada seleksiyaçı işləməklə gətirəcək.

Abasovun tərk etdiyi “Sumqayıt”ın məşqçi məsələsini necə yoluna qoyacağı bəlli deyil. Vaqif Cavadov müvəqqəti baş məşqçi olacaq, lakin onun PRO kateqoriyalı birini tapması şərtdir.

Shares: