Basketbol üzrə Avroliqa turnirində 3-cü turun 8 oyunu keçirilib. Bir neçə qarşılaşmada gözlənilməz nəticə qeydə alınıb.

İstanbulda “Fənərbağça” Serbiyanın “Srvena Zvezda” komandasına məğlub olub – 57:76. Keçən il autsayder olan iki komandanın qarşılaşmasında “Alba” qələbə qazanıb. Berlinlilər ASVEL-i 84:79 hesabı ilə məğlubiyyətə uğradıb.

Türkiyənin digər komandası da turu məğlubiyyətlə başa vurub. “Anadolu Efes” Belqradda İsrailin “Makkabi” komandasına uduzub – 81:83. Bu oyunda görüşün taleyi son saniyələrdə həll edilib. İstanbul komandasının yeni oyunçusu Vinsent Puarye görüşü 22 xalla başa vurub.

“Olimpiakos” evdə “Milan”ı darmadağın edibsə (89:68), “Partizan” isə “Bayern”dən üstün olub – 86:78.

Madrid “Real”ı 3-cü oyunda ikinci məğlubiyyətini alıb. Komanda digər İspaniya təmsilçisi “Baskoniya”ya 72:76 hesabı ilə uduzub. Əsas sensasiya isə Parisdə baş verib. Liqanın debütantı ilk qələbəsini Avroliqanın son çempionu “Panatinaikos” üzərində qazanıb – 84:80. Bolonyada keçirilən oyunda isə “Jalgiris” “Virtus”u məğlub edib – 71:68.

Shares: